Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:51

Ermənistanın 62 saytına kiber hücumlar edilib


-
“Anti-Armenian team” Azərbaycanın haker qurupu Ermənistanın 62 saytına kiber hücumlar ediblər. Bu barədə haker qrupu öz rəsmi səhifəsində və facebook səhifəsində məlumat yerləşdirib. Məlumatda deyilir ki, hakerlər 19-dan 20-ə keçən gecə erməni saytlarına hücuma başlayıblar. Hak edilən 62 sayta 20 Yanvar faciəsi ilə bağlı məlumatlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də çıxışının yer aldığı və Azərbaycan ordusunun qüdrətini göstərən video çarx yerləşdiriblər.

Saytlar arasında tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın Təhsil nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, İdman Komitəsi, Dövlət Universtetinin saytları var.

“Anti-Armenian team” haker qrupu özləri haqqında məlumatda bildiriblər ki, missiyaları Azərbaycanın virtual təhlükəsizliyini təmin etmək, Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırımları, ədalətsizlikləri, erməni terrorizmini, erməni vəhşiliyini dünyaya çatdırmaq və Konstitusiyamıza zidd, Azərbaycanın milli maraqlarına zidd olan və yalnış informasiyalar yayan saytların aradan qaldırılmasını təmin etmək, həmçinin təhlükəsizliklə bağlı istənilən Azərbaycan saytlarının idarə heyətinə təmənnasız köməklik göstərməkdən ibarətdir.

Onlar özlərini “Azərbaycanın Virtual Döyüşcüləri” adlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG