Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:33

Ban Ki-moondan İrana dəvət


-
BMT-nin baş katibi Ban Ki-moon İranı İsveçrənin Montreux şəhərində keçriləcək Suriya sülh danışıqlarında iştirak etməyə dəvət edib.

Ban Ki-moon deyib ki, Tehran “pozitiv və qurucu rolu” oynamaq sözünü verib.

Suriyanın mühacirətdə olan müxalifət qurupunun sözcüsü bildirib ki, əgəd Ban Ki-moon bu dəvəti geri çəkməzsə, Suriya Milli Koalisiyası danışıqlardan çıxacaq.

ABŞ Dövlət departamentinin sözcüsü Jen Psaki bildirib ki, Tehran sülh konfransının prinsiplərini tam qəbul etmədiyi təqdirdə dəvət ləğv edilməlidir. Bazar günü Nyu-Yorkda BMT-nin mənzil-qərargahında jurnalistlərə açıqlama verən Ban bildirib ki, İranın Xarici İşlər Naziri Javad Zarif bu danışıqların nə qədər önəmli olduğunu anlayır.

O həmçinin bildirib ki, Cenevrədə BMT-nin mənzil-qərargahında Suriya prezidenti Bəşər əl- Əsədin nümayəndə heyəti və Suriyalı müxalif qruplar arasında planlanan danışıqlarda iştirak üçün əlavə olaraq 10 ölkəyə də dəvətnamə yollayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG