Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:05

Azərbaycanda 250-ə yaxın iranlı məhbus cəza çəkir


-
Bunu İranın Azərbaycandakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Möhsün Molayi deyib.

Trend-in məlumatına görə M.Molayi İslam Peyğəmbərinin mövludu münasibəti ilə şənbə günü 7 saylı cəzaçəkmə müəssəsində saxlanılan iranlı məhbuslarla görüşüb.

Görüşdə iranlı məhbusların istəkləri və problemləri ilə tanış olub. Müəssənin rəhbərliyi ilə həmin problemlərin həlli üçün danışıqlar aparıb.

Görüşdə həmçinin iranlı məhbuslar cəzalarının qalan hissəsini İran həbsxanalarında çəkmək istədirklərini deyiblər. Molayi bu məsələ ilə bağlı məhbusların mübadiləsinə dair müqavilə çərçivəsində Azərbaycan rəsmiləri ilə danışıqlar aparıldığını deyib.

Azərbaycan həbsxanalarında cəza çəkən iranlı məhbusların böyük əksəriyyəti narkotik maddələrin qaçaqmalçılığında ittham olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG