Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:24

İran yeni neft kontraktları üçün Qərb şirkətlərinə müraciət edib


Foto (Arxiv)

Foto (Arxiv)

İran özünün ziddiyyətli nüvə proqramına dair Qərb ölkələri ilə ilkin razılaşmasından sonra, üzərinə qoyulmuş sanksiyaların qaldırılacağına və dünyanın neft bazarına qayıdacağına ümid bəsləyir.

Bu barədə xəbəri yayan “Wall Street Journal” (WSJ) qəzeti yazır ki, İran rəsmiləri son həftələrdə ölkəyə yeni investisiya və texnologiyaların gətirilməsi məqsədilə bir sıra Qərb neft şirkətlərinə açıq şəkildə müraciət ediblər.

WSJ bununla belə qeyd edir ki, bu məsələdə böyük çətinliklıər ola bilər. Beləki hətta sanksiyalardan əvvəl də İran xarici şirkətlər üçün çox ağır şərtlər irəli sürürdü.

Məhz buna görə də “The Wall Street Journal” qəzetinə müsahibəsində İran Neft Nazirliyi tərəfindən kontraktların yenidən işlənməsi üçün yaradılmış xüsusi komitəyə rəhbərlik edən Mehdi Hosseini bildirib ki, o, beynəlxalq neft şirkətləri ilə İranın daha cazibədar investisiya məkanına çevrilməsi yollarına dair danışıqlar aparır.

Cənab Hosseini danışıq apardığı şirkətlərin adlarını çəkməkdən imtina edib.

WSJ əlavə edir ki, İranın hazırkı qanunları onun enerji ehtiyartları üzərində xarici sahibkarlığa hələ də icazə vermir və bu məqam investorların cəlb edilməsində mühüm əngəl olaraq qalır.

Mehdi Hosseini bildirib ki, bu sahədə lazımi dəyişikliklər edilərsə, “İran ABŞ şirkətləri üçün cənnətə çevrilə bilər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG