Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:21
İstanbulun Taksim meydanında Türkiyənin qətlə yetirilmiş erməni jurnalisti Hrant Dink-in ölümü ilə bağlı ədalətə çağırış edən mitinq keçirilib.

Hər il yanvarın 19-da keçirilən Dink mitinqində bir neçə min iştirakçı olub.

Çox sayda türkün də qatıldığı mitinqdə “qatil dövlət cavab verməlidir” kimi şüarlar səsləndirilib.

Türkiyə mediası yazır ki, Dink-in qətli ilə bağlı bir çox suallar açıq qalır.

52 yaşlı Dink Türkiyənin azsaylı erməni icmasının tanınmış simalarından sayılırdı.

O, 2007-ci ildə özünün ikidilli “Agos” qəzetinin redaksiyası yaxınlığında yeniyetmə millətçi tərəfindən qətlə yetirilib.

Hrant Dink türklərlə ermənilər arasında barışığa çağırırdı, lakin 1915-ci ildə Türkiyədə baş vermiş qətliamları soyqırım adlandırmaqla millətçiləri qəzəbləndirmişdi.

Qətli törətdiyini etiraf etmiş Ogun Samastın o vaxt 17 yaşı vardı və o, 23 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG