Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:11
“1993-cü ildən alnımıza köçkünlük yazılıb. Yasamaldakı bir ünvana qeydiyyata düşmüşük, faktiki isə Suraxanıda bir yarımtikilidə yaşayırıq. Hansısa şirkət oranı alıb, bizi də məhkəməyə verib. Məhkəmə yarımtikilini boşaltmağımız üçün qətnamə çıxarıb. İndi həyəcanla hər dəqiqə qapımızın icra məmurları tərəfindən döyüləcəyini gözləyirik. Ölkə başçısına buradan səslənmək istəyirəm ki, 3 oğul, 3 gəlin, 6 körpə, bir də ahıl yaşlarında olan ana küçəyə atılır. Hansısa qəbiristanlığa sığınmaqdan başqa çarəmiz yoxdur”.

MƏZARLIĞA SIĞINMAQ?

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Füzuli köçkünü olan Məfkurə Əliyeva deyib. O, yaxın günlərdə məhkəmə qərarı icra olunarsa, qəbiristanlığa sığınacaqlarını bildirib.

Məfkurə Əliyevanın yaşadıqları ünvandan çıxarılması üçün məhkəmədə iddia qaldıran sahibkar Rəcəb Abbasov isə bildirib ki, köçkün ailəsinin məskunlaşdığı yarımtikili və torpaq sahəsi ona məxsusdur. Uzun müddətdir ki, köçkün ailəsinə yarımtikilini boşaltmaq üçün şəxsən müraciət etsə də, ailə başqa yerə yerləşdirilməyənə qədər oranı tərk etməyəcəyini bildirib. O da köçkün ailəsinin yarımtikilidən çıxarılması üçün məhkəmədə iddia qaldırıb.

Suraxanı rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, məhkəmə qətnaməsinə şərh verə bilməzlər. Məhkəmə hesab edibsə köçkün ailəsi mübahisə yerdən çıxarılsın, yerli icra hakimiyyətinin qətnamə üzərindən nə isə deməsinə qanun yol vermir. İcra Hakimiyyətindən hesab edirlər ki, köçkün ailəsinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sahib çıxmalıdır. Elə Suraxanı İcra Şöbəsindən də Komitəyə məhkəmə qərarının icrası üçün məktub göndərilib və xahiş olunub ki, Komitə köçkün ailəsini başqa yaşayış yeri ilə təmin olunması üçün yerli icra hakimiyyəti ilə birlikdə addım atsın.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG