Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:13

"Sosial yardımımızı verin!"


Arxiv-foto
Arxiv-foto
“Ünvanlı sosial yardım almaq üçün sənədlərimizi bizdən qəbul etmirlər. Neçə gündür yerli sosial müdafiə mərkəzinə gedib-gəlirik. Qapısından içəri keçə bilmirik. Deyirlər, sənədlərinizi qəbul edəcək adamlar yoxdur”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Cəlilabad rayon sakini Vəli İsmayılov deyir. Onun sözlərinə görə, rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin işçiləri işdən çıxarıldıqlarına görə, onların sənədlərini qəbul edən yoxdur:

ÜNVANLI YARDIM KİMLƏRƏ VERİLİR?

“Deyirlər, ümvanlı sosial yardımla bağlı müraciət üçün müddət bitib. Biz neçə gündür ki, sənədlərimizi təqdim etməyə çalışırıq. Qəbul eləmirlər. Sənədləri qəbul edəcək işçilər yoxdur deyə, qəbul etmirdilər. İndi dəd eyirlər, müddət bitdi. Vaxtında qəbul edəydilər kİ, müddət də biyməyəydi. Bizim günahımızdır ki? Narazılığımız həm də ondandır ki, rayonda həqiqətən də durumu pis olan ailələrə ünvanlı sosial yardım verilmir. Yardıma ehtiyacı olmayanların isə sənədlərini asanlıqla qəbul edirlər”.

Cəlilabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Mirxaslı Mirsüleyman nazir Müslüm Səlimovun əmri ilə tutduğu vəzifədən azad edilib. Onun vəzifələrini müvəqqəti icra edən müavin Mirhəbib Əzimov isə bildirib ki, problem aradan qaldırılıb və müraciət edən vətəndaşların sənədləri qəbul olunaraq araşdırılır.

Ünvanlı sosial yardıma görə təqdim olunan sənədlərin qəbul edilməməsinə görə Cəlilabad sakinləri yanvarın 15-də etiraz etmək üçün rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qarşısına toplaşmışdılar.
XS
SM
MD
LG