Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:28

"Ünvanımıza Qətnamələr gələndə bilmişik ki, məhkəmə olub"


Arxiv - foto
Arxiv - foto
“İştirakımız olmadan yığışıb öz aralarında məhkəmə keçiriblər. Qətnaməni görəndə bilmişik ki, məhkəməyə verilmişik və bizim iştirakımız olmadan keçən məhkəmə bitib”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Xətai rayonu, Babək prospekti, İlham Məmmədov küçəsinin sakini Səlahəddin Kərimov deyir. Onun sözlərinə görə, azı 150 ailə cüzi kompensasiya ödənilərək evdən çıxarılır.

“Evlərimizi kütləvi sökürlər. Danışığa gələn yox, dərdimizlə maraqlanan yox... Gözləyirdik ki, bir gün qapını kimsə gəlib döyəcək, bizimlə razılaşıb, kompensasiyamızı verib bizi yola salacaq. Bir də baxdıq ki, qapılarımıza məhkəmə qətnamələri gəlib. Xətai rayon Məhkəməsi bizim iştirakımız olmadan məhkəmə keçirib xeyrimizə olmayan qətnamə çıxarıb”.

"MƏNZİLLƏRİN SAHƏSİ SƏNƏDDƏ AZ GÖSTƏRİLİB"

Sakinlər deyirlər, ədalətli kompensasiyanın ödənilməsi üçün məhkəməyə müraciət ediblər. Məhkəmə tikinti-texniki ekspertizası təyin edib. Səkkiz aydan sonra verilən ekspertiza rəyinə görə, mənzilin hər kvadratmetri üçün 150, əla təmirli mənzil üçün isə 300 manat məbləğində konpensasiyanın ödənilməsi müəyyən edilib. Qiymətləndirmə nəyə əsasən aparılıb, rəydə bu barədə göstərilməyib. Başqa sakin Teybur Hacızadə:

“Ekspertiza rəyində mənzillərin sahələri də az göstərilib. Şəxsən mənim evimin sahədi 52 kv.m-dir, ancaq rəydə 34 kv.m göstərilib”.

Mənzillərin yerləşdiyi torpaq sahəsinin ”Azərneftyağ" neft emalı zavodunun ərazisinə daxil olub-olmaması müəyyən edilməyib.

ŞİRKƏT DƏ SAKİNLƏRİ MƏHKƏMƏYƏ VERİB...

Dövlət Neft Şirkəti də qarşılıqlı olaraq sakinləri məhkəməyə verib. İddia ərizəsində sakinlər cavabdeh qismində göstərilsə də, onlara məhkəmədən bildiriş gəlməyib. Sakinlərin iştirakı olmadan keçən məhkəmə vaxtilə bələdiyyədən və ”JEK"dən sakinlərə verilmiş sənədləri saxta elan edib.

Dövlət Neft Şirkəti Xətai rayonu, Babək prospekti kənarında yerləşən və NZS adı ilə tanınan yaşayış massivindəki torpaq sahələrinin Şirkətə məxsus olduğunu iddia edir. Üzərində vaxtilə tikilmiş mənzillərin qeyri-yaşayış sahələrinin, obyektlərin sökülməsi üçün zaman-zaman məhkəməyə müraciət edir.
XS
SM
MD
LG