Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:31

Şəklindəki kimi ol... Heç kəsə ziyan vurma...


-

Fərid Hüseyn


Ömür


Ayrılığı dolağından açıblar,
bir ucu əlimdə gəzirəm dünyanı,
ayrılığı ömrümün belinə dolayıram.
Oturmuşam, öz dərdimi dinləyirəm,
öz dilimdən, özümə susuram.
Mənim ömrüm bir Füzuli qəzəlinin ardıymış,
həyata bəhanəymiş elə-belə.
O qədər təkəm ki,
hər şey iki görünür mənə.


Şəklindəki kimi ol

Şəklindəki kimi ol, –
başını bir az mənə tərəfə əy,
əlini qoy ürəyimin üstünə...
şəklindəki kimi ol, –
özgənin paltarında şəkil-filan çəkdirmə,
şəklindəki kimi ol – sənə ancaq baxsınlar,
qolundan tuta-tuta, başını qata-qata,
günahın odasına qapamasınlar.
şəklindəki kimi ol...
Heç kəsə ziyan vurma...


İnsan bir dəfə sevir: doğulandan ölənəcən

Məni ayrılıqlamı qorxudursunuz,
dünyaya anamın bətnidən ayrılıb gəlmişəm,
məni göz yaşıylamı qorxudursunuz,
dünyaya gələndə ilk işim olub ağlamaq.
Bircə bildiyim budur ki,
insan bir dəfə sevir: doğulandan ölənəcən
insan bir dəfə ağlayır: doğulandan ölənəcən


Yusifin yoxluğuna

Ağ köynəyin,
qara bənizin,
ağlayan anan yadındadımı?
Qanlı maşını,
dağılan çantanı,
Aytəni, məni
xatırlayırsanmı?
vay dədə, vay,
bir əyləc səsi eşidib,
bu boyda dünyanı unutmusansa,
qəhərmansan, vallah.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG