Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:41

Rusiyada faşizmə qarşı marşlar keçirilir


-
Yanvarın 19-da Moskvada, Sankt-Peterburqda və Rusiyanın digər şəhərlərində, habelə Avropanın bir neçə ölkəsində faşizmə qarşı marşlar keçirilib.

Beş il əvvəl yanvarın 19-da vəkil Stanislav Markelov və jurnalist Anastasiya Baburova Moskvanın mərkəzində qətlə yetirilib. Qətl hadisəsi 2009-ci ildə baş verib.

Moskvada hər il keçirilən yürüşdə yüzlərlə adam iştirak edib.

"19 yanvar komitəsi" 10 gün əvvəl Moskva meriyasına növbəti aksiyanın keçirilməsi barədə məlumat verib.

Təşkilatçılar Novopuşkinskoqo bağından Kropotkinskaya metrosuna qədər yürüş planlaşdırırlar.

Lakin hakimiyyət təşkilatçıların razı salmayan daha qısa marşrut təklif edib. Cümə günü səhər isə tərəflər yürüşün əvvəlcədən nəzərdə tutulmuş marşrut üzrə keçirilməsi haqda razılığa gəlib.

Vəkil Stanislav Markelov və jurnalist Anastasiya Baburovonın qətli ilə bağlı Nikita Tixonov və onun vətəndaş nigahında olan həyat yoldaşı Yevgeniya Xasis təqsirli biliniblər.

Tixonov ömürlük, Xasis isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG