Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:33

İstanbulda keçirilən görüşdə iştirak barədə qərar 58-14 nisbəti ilə qəbul olunub.

Suriyanın ana müxalifət qrupu – Suriya Milli Koalisiyası (SNC) gələn həftə İsveçrənin Montre şəhərində keçiriləcək konfransda iştirak etməyə razılıq verib.

Şərti olaraq Cenevrə-2 adlandırılan bu konfransda iştirak barədə qərarı SNC İstanbulda keçirilən görüşdə qəbul edib.

Bu görüşdə keçirilən səsvermədə iştirak barədə qərar 58-14 nisbəti ilə qəbul olunub.
ABŞ-ın dövlət katibi John Kerry müxalifətin qərarını “cəsarətli addım” adlandırıb.

Bir həftə sonra açılacaq Cenevrə-2 konfransında Suriyada keçid hökumətinin təşkili məsələsi müzakirə ediləcək.

Müxalifətin başqa çarəsi yox idi

Suriya müxalifəti bu konfransda iştirakdan orada Suriya hökumətinin nümayəndələrinin də olacağına görə imtina etmişdi.

Koalisiyanın rəhbəri Ahmad Jarba bildirib ki, SNC danışıqlar prosesinə qoşulsa da inqilabın əsas məqsədindən – “qəssabın”, yəni Assad-ın hakimiyyətdən getməsi tələbindən geri çəkilməyib.

Lakin bütün bu “inqilabi ritorika”ya baxmayaraq SNC-nin Cenevrə-2 danışıqlarında iştiraka razılıq verməsi prinsip etibarilə müxalifətin Assad rejimi ilə eyni danışıqlar masası arxasında oturmalı olacağı deməkdir.

Ekspertlər deyirlər ki, müxalifətin bu danışıqlara qoşulmaqdan başqa çarəsi yox idi, beləki Qərb qiyamçılra konfransa qatılmayacaqları təqdirdə onlara bütün dəstək və yardımlarını dayandıracağını bildirmişdi.

Bununla belə, Britaniyanın xarici işlər naziri William Hague Suriya müxalifətini sakitləşdirmək cəhdi edib.

“Mənim dəfələrlə qeyd etdiyim kimi, qarşılıqlı razılaşma o deməkdir ki, Assad Suriyanın gələcəyində heç bir rol oynaya bilməz”.

Qərb ölkələri Suriya müxalifətini danışıqlıar masası arxasına gətirmək üçün əllərindən gələni edirdilər.

İranın iştirakı mübahisəli məsələdir

Dəməşq rejimini Cenevrə-2 danışıqlarında Suriyanın xarici işlər nazirinin müavini təmsil edəcək və hokumət bildirib ki, danışıqlara heç bir ilkin şərt qoyula bilməz.

Ötən həftə Suriyanın milli barışıq naziri Ali Haidar elan etmişdi ki, “münaqişənin həlli dövlətin hərbi zəfəri ilə başlanıb və bu zəfərlə də davam edəcək”.

Bununla belə, Suriya ötən cümə hərbi əsirlərin dəyişdirilməsi prosesinə razılıq verib.
Suriyanın xarici işlər naziri Walid Muallem, həmçinin Rusiyalı həmkarı Sergei Lavrov-la danışıqlarının gedişində bildirib ki, hökumət ölkənin ikinci şəhəri olan Hələbdə atəşkəs elan edə bilər.

Moskva və Vaşinqton arasında daha bir ziddiyyətli məsələ İranın Cenevrə-2 danışıqlarında iştirakıdır.

Moskva Tehranın bu danışıqlarda iştirakını istəsə də, John Kerry deyib ki, bunun üçün İran əvvəlcə Cenevrə-1 konfransının bəyannaməsini qəbul etməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG