Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:56

İxtisara düşən neftçilərlə bağlı proqram imzalandı


Rövnəq Abdullayev
Rövnəq Abdullayev
-
Bəzi qurumların ləğvindən sonra işsiz qalan neftçilərə bir il ərzində əvvəllər aldıqları maaşın yarısı qədər müavinət ödəniləcək.

Yanvarın 17-də Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ixtisara düşən işçilərin sosial təminatına dair tədbirlər proqramını imzalayıb.

1 illik müddəti əhatə edən proqrama əsasən, həmin işçilər ARDNŞ-nin digər müəssisələrində və ya kənar təşkilatlarda işlə təmin olunacaqlar.

Bundan başqa, müvafiq situasiyalarda müstəsna hal kimi həmin işçilərin əməkhaqqının 5 misli miqdarında birdəfəlik müavinət almaq hüququ da saxlanır.

ARDNŞ dekabrın son günlərində bildirib ki, Kompleks Qazma İşləri İdarəsinin 7 tresti bağlanır. Rövnəq Abdullayev bunu qurumun strukturca təkmilləşdirilməsi ilə əlaqələndirirdi:

«İndi sovet dövrü deyil ki, hər idarənin tərkibində bir neçə trest saxlayasan. Biz beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə beynəlxalq audit keçirilir. Belə bir trestin olması beynəlxalq standartlara cavab vermir. Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri gələn ildən başlayaraq, şirkətin Geologiya və Geofizika idarələrində, həmçinin «Azəriqaz» İstehsalat Birliyində də aparılacaq».

ARDNŞ rəhbəri deyirdi ki, trestlərin ləğvi nəticəsində ixtisara düşən 1100 işçinin çoxu yenidən işlə təmin olunacaq və qalanlarına təzminat ödənəcək.
XS
SM
MD
LG