Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:42

Ermənilər pensiya islahatlarına etiraz edirlər


Yerevanda icbari pensiya ödəmələri əleyhinə etiraz,17 dekabr 2013

Yerevanda icbari pensiya ödəmələri əleyhinə etiraz,17 dekabr 2013

-
Ermənistanda pensiya islahatları əleyhinə etiraz aksiyaları keçirilir.

AzadlıqRadiosunun erməni xidmətinin yaydığı məlumata görə, vətəndaş təşəbbüsü ilə baş tutan aksiyada yanvarın 1-dən qüvvəyə minən məcburi pensiya ödənişi sisteminə etiraz edilir.

«Azadlıq» meydanında keçirilən aksiyaya parlamentdə azlıqda olan 4 partiya da qoşulub.

Yeni pensiya qanununa əsasən, 1973-cü ildən sonra anadan olan bütün işçilər əməkhaqqından asılı olaraq hər ay pensiya fonduna 5 faiz ödəməlidir.

Vətəndaşlar qoyduqları vəsaitdən yalnız pensiya yaşına çatandan sonra istifadə edə bilərlər.

Ermənistanda kişi və qadınlar 63 yaşında pensiyaya çıxırlar.

Etirazçılar mitinqdən sonra Yerevanın paytaxtında yürüş etməyi planlaşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG