Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:47

ABŞ İsrail haqda sərgini ləğv etdiyi üçün UNESCO-nu tənqid edir


Samantha Power

Samantha Power

-
ABŞ Parisdə İsrailə həsr olunmuş sərgini təxirə saldığı üçün UNESCO-ya etirazını bildirib.

Tədbir yanvarın 20-nə planlaşdırılsa da, təşkilatın rəhbəri bildirib ki, ərəb ölkələrinin qarşı çıxdığı bu sərginin keçirilməsi Yaxın Şərqdə sülh prosesinə mənfi təsir göstərə bilər.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samantha Power UNESCO-nun qərarının düzgün olmadığını bəyan edib. O, Amerika tərəfinin bu məsələni UNESCO-nun yüksəkçinli rəsmiləri ilə müzakirə etmək niyyətində olduğunu bildirib.

ABŞ-la UNESCO arasında münasibətlər ötən il Konqresin bu təşkilatı maliyyələşdirməkdən imtina etməsindən sonra soyuyub. ABŞ Konqresi belə bir addımı UNESCO-nun Fələstin muxtariyyətini öz sıralarına dövlət statusu səviyyəsində qəbul etməsindən sonra atıb.

ABŞ fəaliyyətinin siyasiləşdiyini əsas gətirərək 1984-cü ildə UNESCO-dan çıxmışdı. Amma 18 il sonra - 2002-ci ildə üzvlüyünü bərpa edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG