Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:16
-
«Azərbaycanın 150 nəfərlik parlamentə ehtiyacı var».

Bunu «Bizim yol»a müsahibəsində «Hüquq və İnkişaf» İctimai Birliyinin sədri, seçki üzrə mütəxəssis Hafiz Həsənov deyib:

«Normal parlamentarizm və həqiqi millət vəkili statusu baxımından say artırılmalıdır. Danılmaz faktdır ki, deputatların görməli olduğu işi Milli Məclisin aparatı həyata keçirir. Belə halda 150 nəfərlik parlamenti məntiqə uyğun sayıram. Deputatlar qarşısında dayanan hüquqlar, missiyalar və vəzifələrə görə 150 nəfər daha normaldır. Eyni zamanda, parlamentin iclaslarının müntəzəmliyi məsələsi gündəmə gələr, yəni işlək bir qurum yaranar və bununla peşəkar parlamentarilər təcrübəsi formalaşar… Bundan sonra isə onların bizneslə məşğul olması, öz statuslarından sui-istifadə etməsi qadağan edilməlidir».

İLHAM ƏLİYEV: «BU SAAT GÖZƏLDİR, ANCAQ MƏN ONU TAXA BİLMƏRƏM...»

Qafqazinfo yazır ki, prezident İlham Əliyevə ANS şirkətlər qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun «2013-cü ilin adamı» mükafatı təqdim olunması zamanı ona verilən qol saatını taxa bilməyəcəyini deyib:

«Bir daha bu mükafata görə sizə minnətdaram. Bu saat çox gözəl və bahalı saatdır. Ona görə, mən bunu bağlaya bilmərəm. Ancaq sizə söz verirəm ki, bu saat muzeydə saxlanılacaq».

Milli Şura üzvləri

Milli Şura üzvləri

MİLLİ ŞURADA QIZIL ORTA ASAN TAPILMAYACAQ

Milli Şuranın keçmişlə gələcək arasında olduğunu yazan Turan agentliyi bu qurumun «ciddi imic itkisi»nə məruz qaldığını yazır:

«İbrahimbəyovun vahid namizədliyi, təhlükəsizlik mülahizələrindən onun Bakıya qayıtmaqdan imtina etməsi, bir sıra partiyaların və üzvlərin seçkilərdə iştirakdan imtina etməsi, yumşaq və kəskin xətt tərəfdarlarının daxili çəkişməsi, xarici siyasi tərcihlərin Avrointeqrasiya, Avrasiya İttifaqı və İslam həmrəyliyi şəklində toqquşması. Milli Şura sədri, prezidentliyə keçmiş namizəd professor Cəmil Həsənli və onun tərəfdarları qızıl orta tapmaqda və Şuranın müxtəlif planlı üzvlərinin birləşdirici özəyini formalaşdırmaqda çox çətinlik çəkəcək».

ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN ÇARƏSİ

«Azərbaycanın ərzağa olan tələbatını tam ödəmək üçün təsərrüfatlar kooperasiyalarda birləşməlidir».

Bunu modern.az-a kənd təsərrüfatı üzrə ekspert Zahid Abbasov deyib:

«Mütəxəssisin sözlərinə görə, hazırda Azərbaycan yalnız kartof, meyvə və tərəvəzə olan tələbatını ödəyə bilir. Bitki yağı, balıq və taxıl məhsullarında isə defisitlər var».

Foto: Arxiv

Foto: Arxiv

Sayt yazır ki, «Azərbaycan üçün əsas məsələlərdən biri də ölkənin ərzağa olan tələbatının daxili istehsal hesabına təmin olunmasıdır. Ancaq hələ ki, qidaya olan tələbatın yerli istehsal hesabına təmin edilməsi mümkün olmayıb. Araşdırmalara əsasən, ölkədə istehlak malları bazarı təqribən 50-60% idxal hesabına formalaşır. Bunun isə bir neçə səbəbi var. Əsas səbəblərdən biri fərdi növ məhsulların istehsal olunmamasıdır. Bununla yanaşı, heç bir aidiyyəti olmayan, xüsusilə kənd təsərrüfatı məhsullarının dəyərinin artması monopoliya nəticəsində baş verir».

AZƏRBAYCAN YENİ TƏYYARƏLƏR ALIR

Trend-in yazdığına görə, «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti iki «Boeing-787 Dremliner» təyyarəsi alıb:

«AZAL ilk «Boeing-787 Dreamliner» təyyarəsini cari ilin iyun-iyul aylarında, ikinci təyyarəni noyabrında əldə edəcək. Bu, AZAL-a daha uzaq məsafələrə, xüsusilə Cənubi və Şimali Amerika, Cənub-Şərqi Asiya və digər regionlara uçuşlara başlamağa imkan verəcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG