Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 03:33

Bakı və ətraf qəsəbələrlə bağlı növbəti dövlət proqramı qəbul olunub


-
Prezident İlham Əliyev Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı növbəti dövlət proqramını təsdiq edib.

Proqram 2014-2016-cı illəri əhatə edir.

Sənədə qeyd olunur ki, növbəti proqramın əsas məqsədi paytaxt və onun qəsəbələrində əhalinin su, kanalizasiya təminatını, elektrik enerjisi, qaz, istilik təchizatını, yol-nəqliyyat infrastrukturunu, ekoloji vəziyyəti daha da yaxşılaşdırmaqdır.

Bundan başqa, sənəddə infrastruktur obyektlərinin tikintisinin, yeni iş yerlərinin açılması siyasətinin davam etdirilməsi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması və s. məsələlər yer alıb.

Bakı və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı indiyə qədər iki proqram həyata keçirilib. Bu proqramlardan biri 2006-2007-ci illəri, digəri isə 2011-2013-cü illəri əhatə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG