Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:55
Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational bildirib ki, bu edamlardan 33-ü son həftə ərzində icra olunub.

Təşkilatın yaxın Şərq və Şimali Amerika üzrə direktor müavini Hassiba Hadj Sahraoui deyib ki, edamların davam etməsi Tehranın son vaxtlar beynəlxalq imicini yaxşılaşdırmaq cəhdləri ilə ziddiyyət təşkil edir.

Amnesty İnternational İranı ölün cəzasını ləğv etməyə çağırıb.

İranda asılma yolu ilə edamlar adətən qaldırıcı kranlardan istifadə edilməklə və ictimaiyyətin gözü qarşısında icra edilir.

Xəbər verilir ki, edam olunanların əksəriyyəti narkotiklərlə bağlı cinayətlərə görə məhkum edilənlərdir.

Narkotiklərlə bağlı cinayət işlərinə İnqilab Məhkəmələri baxır və bu məhkəmələrin hökmlərindən şikayət vermək son dərəcə çətindir.

Günün bütün mövzuları

XS
SM
MD
LG