Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:41

“The İndependent” qəzeti yenə də satışa çıxarılır


Britaniyanın ən nüfuzlu qəzetlərindən birinin hazırkı sahibləri – rus oliqarxları ata-oğul Alexander və Evgeny Lebedev-lər bildiriblər ki, mətbuat biznesindən xeyli zərər çəkiblər.

Britaniya mətbuatı xəbər verir ki, son bir neçə ildə Alexander Lebedev-in Rusiyadakı biznesləri ziyanla işləyir.

Qəzetin keçmiş sahibi, təsisçisi və hazırkı “fəxri sədri” Whittam Smith deyib ki, indi qəzeti xilas etmək onun üçün “qeyrət” məsələsidir.

Lakin hələlik heç bir potensial alıcı üzə çıxmayıb.

Lebedev-lər sahibi olduqları “The Evening Standard” qəzeti barədə açıqlama verməyiblər. Hazırda bu qəzet metroda pulsuz paylanır.

“The İndependent” 1989-cu ildə təsis ediləndə az qala yarım milyon nüsxə ilə satılırdı və “The Times” və “The Guardian” qəzetlərinin oxucularını onların əlindən almışdı.

“The İndependent” Yaxın Şərqə və müsəlman dünyasına obyektiv və rəğbətli baxışı ilə seçilir.
XS
SM
MD
LG