Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:39

AŞPA həmməruzəçiləri gələn həftə Azərbaycana gəlir


Pedro Agramunt və Joseph Debono Grech

Pedro Agramunt və Joseph Debono Grech

-
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro AgramuntJoseph Debono Grech gələn həftə Azərbaycana gələcəklər.

Səfər yanvarın 21-dən 23-dək baş tutacaq. Həmməruzəçilər ölkənin AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətini araşdıracaq, bir sıra görüşlər keçirəcəklər.

Həmməruzəçilər Prezident Administrasiyasının rəhbəri, ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Milli Məclisdə təmsil olunan və olunmayan müxalifət partiyalarının təmsilçiləri, Avropa Birliyi nümayəndə heyətinin rəhbəri və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşəcəklər.

Bundan başqa, Pedro Agramunt və Joseph Debono Grech Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər. Onların Naxçıvan MR Ali Məclisinin sədri və vətəndaş cəmiyyətinin üzvləri ilə də görüşləri olacaq.

Səfərin sonunda - yanvarın 23-də həmməruzəçilər Avropa Şurasının Bakı ofisində mətbuat konfransı keçirəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG