Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:07

“Ən qısa hekayə” başa çatdı


“Ən qısa hekayə” müsabiqəsinin təltifetmə mərasimi
“Ən qısa hekayə” müsabiqəsinin təltifetmə mərasimi
-
Bu gün yanvarın 17-si Beynəlxalq Mətbuat Mərkəzində Kulis.az ədəbiyyat portalının keçirdiyi “Ən qısa hekayə” müsabiqəsinin təltifetmə mərasimi keçirilib. Qaliblərin adı açıqlanıb. Müsabiqədə qonaq qismində millət vəkili Aqil Abbas, yazıçı Afaq Məsud iştirak edirdilər.

Afaq Məsud çıxışında bildirdi ki, “Son dövr ədəbiyyatda bərabərləşdirmə siyasəti aparılır. İstedadlılarla, istedadsızlar arasında fərqi itirməyə çalışırlar, biz Kulis.az-a təşəkkür etməliyik ki, belə musabiqə keçirməklə istedadlı insanları üzə çıxarır”.

APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı isə çıxışında qeyd etdi ki, bu müsabiqədə ərəfəsində kulis.az-a gündəlik girişlər iki dəfədən çox artdı. Gələcəkdə Kulis.az belə layihələrin tez-tez keçiriləcəyini planlaşdırdıqlarını dedi.

“Ən qısa hekayə” müsabiqəsinin təltifetmə mərasimindən görüntü
“Ən qısa hekayə” müsabiqəsinin təltifetmə mərasimindən görüntü
Müsabiqənin qalibi “Veteran” hekayəsi ilə Vüsalə Məmmədova oldu. İkinci yeri “Ata” hekayəsi ilə Cavid Zeynallı, üçüncü yeri “Atdılar” hekayəsi ilə Rüfət Əhmədzadə qazanıblar.

Müsabiqə çərçivəsində “Facebook”da keçirilən sorğu üzrə Mehman Telmanoğlu qalib gəlib.

Həmçinin yazıçı Şərif Ağayar və Afaq Məsuda da müsabiqənin xüsusi mükafatları təqdim edilib.

Xatırladaq ki, “Ən qısa hekayə” müsabiqəsi 2013-cü ilin dekabr ayının 13-ü elan edilmişdi. Müsabiqədə ümumilikdə 472 nəfər iştirak edib. Müvafiq olaraq birinci yerin qalibi 300, II yer 200, III yer 100 manat pul mükafatına layiq görülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG