Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:40

Ermənistan hökuməti sonuncu 20 faizlik payını Qazproma satır


 Gazprom sədri Alexei Miller (sağda) və Ermənistanın Enerji naziri Armen Movsisian
Gazprom sədri Alexei Miller (sağda) və Ermənistanın Enerji naziri Armen Movsisian
Ermənistan hökuməti ArmRosqazprom şirkətindəki sonuncu 20 faiz payını Qazproma satıb.

Bununla Qazpromun Ermənistandakı törəmə şirkəti olan ArmRosqazpromdakı payı 100 faizə çatmış olur.

ArmRosqazpromun adı isə dəyişdirilir, bundan sonra onun adı Qazprom Armeniya olacaq.

Ermənistan hökuməti 20 faiz payını qaza görə yaranmış 155 milyon dollarlıq borcu ödəmək üçün satıb.

Qazprom Ermənistana keçən il 2 milyard kub metr qaz verib.
Ermənistan kəndlərində odun sobası
Ermənistan kəndlərində odun sobası

2013-cü ildə bağlanmış müqaviləyə görə Ermənistan 2043-cü ilə kimi Rusiya qazını yalnız Qazpromdan ala bilər.

Bu müqaviləni Ermənistanda bir çoxları, o cümlədən keçmiş prezident Kocharian sərt tənqid edir.

2rd.am saytına müsahibə verən Kocharian deyir ki, belə müqavilə imzalanmağının nümunəsini tapa bilmir. O hətta istehza edib ki, bəlkə lazım olan qitələr arasında axtarmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG