Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:13

Ermənistan hökuməti sonuncu 20 faizlik payını Qazproma satdı


Ermənistan hökuməti ArmRosqazprom şirkətindəki sonuncu 20 faiz payını Qazproma satıb.

Bununla Qazpromun Ermənistandakı törəmə şirkəti olan ArmRosqazpromdakı payı 100 faizə çatmış olur.

ArmRosqazpromun adı isə dəyişdirilir, bundan sonra onun adı Qazprom Armeniya olacaq.

Ermənistan hökuməti 20 faiz payını qaza görə yaranmış 155 milyon dollarlıq borcu ödəmək üçün satıb.

Qazprom Ermənistana keçən il 2 milyard kub metr qaz verib.

2013-cü ildə bağlanmış müqaviləyə görə Ermənistan 2043-cü ilə kimi Rusiya qazını yalnız Qazpromdan ala bilər.

Bu müqaviləni Ermənistanda bir çoxları, o cümlədən keçmiş prezident Kocharian sərt tənqid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG