Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:27

Ərzağın bolluğuna, keyfiyyətinə görə Azərbaycan 125 ölkə arasında 91-ci yerdədir


Oxfam təşkilatının ərzağın bolluğu, keyfiyyəti və əhalinin ərzaq almaq imkanlarına görə tərtib olunmuş indeksində Azərbaycan 125 ölkə arasında 91-ci yeri tutub. Azərbaycandan əvvəl və sonrakı yerləri demək olar ki, bütünlüklə Afrika ölkələri tuturlar.
Ermənistan isə xeyli qabaqda - 57-ci yerdədir.

Gürcüstan bu reytinqə daxil edilməyib. Azərbaycanın digər qonşuları olan Türkiyə və İran müvafiq olaraq 77 və 80-ci yerdədirlər.

Hollandiya isı birinci yerdədir. Onun ardınca Fransa və İsveçrə gəlir.

“Yeməyə yararlı” adlı bu reytinqdə ABŞ və Yaponiya ilk 20-liyə də düşə bilməyiblər.
125 ölkə arasında sonuncu üç yeri Efiopiya, Anqola və Çad paylaşıblar.

“Hollandiya insanların doyunca yeyə biləcəyi qədər imkanlar verən yaxşı ərzaq bazarı yaradıb”. Bunu Oxfam təşkilatının baş araşdırmaçısı Deborah Hardoon deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG