Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:07

Tənqidlərdən sonra Ağ Ev İranla sazişin mətnini Konqresə göndərir


Ağ Ev İranla noyabrda əldə olunmuş razılaşmanın mətnini Konqresə göndərib. Bu addıma səbəb səslənən tənqidlər olub ki, Barack Obama hökuməti İranla sazişi gizli saxlayır.

Ağ Evin mətbuat katibi Carney deyib ki, sazişin detallarının məxfi saxlanmasına Beynəlxalq Atom Energisi Agentliyi üstünlük verir. İranın öz öhdəliklərinə necə əməl etməsini məhz bu agentlik qiymətləndirir.

Sazişdə deyilir ki, İran yanvarın 20-dən öz nüvə proqramı üzrə “görünməmiş aşkarlığa” başlamağa hazırdır. Bunun əvəzində İrana qarşı sanksiyalar 6 -7 milyard dollar məbləğində zəiflədiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG