Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:39

Azərbaycandan getmək istəyənlərin sayı azalıb, ancaq...


Arxiv foto
Arxiv foto
-
Dünyada digər ölkələrə miqrasiya arzusunda olanların sayı 13 faiz azalıb. Bu qənaətə Gallup sorğu mərkəzinin Potensial Təmiz Miqrasiya İndeksi (PTMİ) gəlib.

İMKAN DÜŞƏN KİMİ GETMƏK


Ancaq hazırda yaşadığı yeri dəyişmək istəyənlər bu arzularını həyata keçirsələr, Amerika, Avropa, Yaxın Şərq və Şimali Afrikada əhalinin sayı artacaq. Eyni zamanda, Saharaaltı və Asiyada əhali azalmaqda davam edəcək.

PTMİ belə hesablanır: imkan düşən kimi ölkədən birdəfəlik getmək istəyənlərin sayı həmin ölkəyə gəlmək istəyənlərin sayından çıxılır. Alınan PTMİ balının yüksək və müsbət olması indeksin böyüklüyünü göstərir.

Azərbaycanda bu indeks 2007-2009-cu illərdə -15%, 2010-2012-ci illərdə -12% olub. Yəni ölkədən getmək istəyənlərin sayı az deyil.

ERMƏNİSTANDAN GETMƏK İSTƏYƏNLƏRİN SAYI ARTIB


Gürcüstanda da eyni rəqəmləri görürük.

Ermənistanın göstəricisi -10%-dən -38%-ə yüksəlib.

İndeksdən görünür ki, Şərqi və Cənubşərqi Avropa, MDB-nin Avropa ölkələri və Qafqazda əhalinin sayının azalma təhlükəsi var.

Dünyanın ən çox arzulanan iki ölkəsi ABŞ və Kanada olaraq qalır. Ancaq Kanadanın indeksi 160%-dən 120%-ə, ABŞ-da 60%-dən 40%-ə düşüb.

Avropada ilk üçlükdə İsveçrə, Luksemburq və İsveç gəlir. Yaxın Şərq və Şimali Afrikada ən çox arzulanan ilk 3 ölkə Səudiyyə Ərəbistanı, Küveyt və İsraildir, Asiyada isə Avstraliya, Yeni Zelandiya, Suinqapurdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG