Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:13

Ağ Ev İranın nüvə razılaşmasının mətnini Konqresə göndərib


-
Yanvarın 16-da Ağ Ev İranla noyabrda əldə olunmuş nüvə razılaşmasının yerinə yetirilməsinə dair sazişin mətnini ABŞ Konqresinə göndərib. Yanvarın 12-də əldə olunmuş sazişin məzmunu mediaya açıqlanıb.

Bundan əvvəl Vaşinqtonda tənqidlər səslənirdi ki, Obama administrasiyası sazişi gizli saxlayıb. Ağ Evin sözçüsü Jay Carney deyib ki, sazişin texniki detallarını konfidensial saxlamaq Beynəlxalq Atom Enerjisi Agentliyinin istəyidir.

Sazişə görə, yanvarın 20-dən İran nüvə proqramına dair “artırılmış və misli görünməmiş şəffaflıq” öhdəliyi götürür. Əvəzində ona məhdud sanksiyalarla 6-7 milyard dollarlıq yardım təklif olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG