Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:06

Kerry Suriya müxalifətini sülh konfransına qatılmağa çağırır


-
Cümə axşamı ABŞ Dövlət Katibi John Kerry parçalanmış Suriya müxalifətini yeni keçid hökuməti yaratmağı hədəfləyən sülh danışıqlarına qatılmağa çağırıb.

Müxalifət qrupları cümə günü bu danışıqlarda iştirakla bağlı qərar verəcəklər. Danışıqlar yanvarın 22-də İsveçrədə başlayacaq.

Moskva yenidən Qərbə səslənib ki, İranı konfransa dəvət etsin. Rusiyanın xarici işlər naziri Sergei Lavrov bildirib ki, İran, Suriyada vətəndaş müharibəsini bitirmək cəhdlərinə şəksiz qatılmalıdır. Lavrov cümə axşamı Moskvada iranlı və suriyalı həmkarları ilə görüşüb.

Vaşinqtonun mövqeyi belədir ki, Tehran Suriyada istənilən keçid hökumətinə prezident Bashar al-Assad-ın daxil olmamasını qəbul etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG