Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:47

Azərbaycan Texniki Universitetində eyvan uçub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb


-
Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə universitetin ikinci korpusunda qeydə alınıb. Universitetdə təmir işləri aparan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub.

Nəticədə orada təmir işləri aparan “AZİNFORT MMC” şirkətinin fəhlələri - 1973-cü il təvəllüdlü Masallı rayon sakini Daşqın Çərkəz oğlu Vəliyev hadisə yerində ölüb, 1975-ci il təvəllüdlü Oqtay Sərbaz oğlu Məmmədov isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG