Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:43
-
17 yanvar medianın icmalı

ELAN VƏ AFİŞALARA GÖRƏ MƏSULİYYƏT

Modern.az saytı xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzaladığı sərəncama əsasən, bundan sonra paytaxt ərazisindəki dayanacaqlara vurulan reklam xarakterli elan və afişalara görə məsuliyyət nəzərdə tutulub.

Sərəncama görə, dayanacaqlara reklam və elan kağızları yapışdıran şəxs məsuliyyətə cəlb olunacaq. Başqa sözlə, dayanacaqlara reklam xarakterli elan və afişaların vurulması qəti qadağan edilib. Məqsəd dayanacaqların göürüşünə xələl gətirən halların qarşısını almaqdır.

Aartıq H.Abutalıbovun sərəncamı ilə əlaqədar paytaxt rayonlarının icra başçılarına müvafiq bildirşlər göndərilib ki, sərəncamın icrasına nəzarət eitsinlər. Bununla bağlı hər bir rayonun ərazisindəki dayanacaqlarda avtobus gözləyən şəhər sakinlərinin məlumatlandırılması üşün xəbərdarlıq mətnləri vurulur.

106 ƏSGƏR EVƏ GÖNDƏRİLDİ

“Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin təkrarən yoxlanışdan keçirilməsində məqsəd ilk növbədə hərbi qulluqçuların sağlamlığına diqqətin artırılmasıdır. Bu addımın atılması xidməti zərurətdən irəli gəlir”.

Bunu “Yeni Müsavat” qəzetinin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərğahlı deyib. Gənc çağırışçıların yenidən yoxlanacağı haqda yayılan məlumatlara aydınlıq gətirən V. Dərgahlı bildirb ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir:

“Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Qeyd edək ki, görülən tədbirlər artıq öz nəticəsini verir. Yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib”.

MÜXALİFƏT ÖZ KEÇMİŞİNİ TƏFTİŞ ETMƏLİDİR

“Azadlıq” qəzeti həbsdə olan NİDA üzvü Üzeyir Məmmədlinin yazısını dərc edib. Müəllif yazır ki, müxalifətin mentalitetini dəyişməsi üçün ilk növbədə müxalifət öz keçmiş addımlarını, qərarlarını təftiş etməlidir.

Üzeyir Məmmədli

Üzeyir Məmmədli

“1998-ci ildə seçkilərində boykot qərarının niyə verilməsinin əsl səbəbləri açıqlanmalıdır. Elçibəy niyə qayıtdı? Elçibəylə İsa Qəmbər arasında nə baş verir? Heydər Əliyevin boykot qərarında rolu olubmu? Hakimiyyətin hələ çox zəif olduğu, neft pullarının gəlmədiyi, korrupsiyanın səviyyəsinin aşağı olduğu 1998-ci ildə dəyişiklik şansı niyə itirildi? Baş verənlərdə Elçibəyin mənfi rolu nə qədərdir? Bütün bu suallara cavab verilməlidir. İlk növbədə də İsa Qəmbər tərəfindən cavab verilməlidir.

Eləcə də 2003-cü il hadisələri barədə xalq məlumatlandırılmalıdır. Verilən və verilməyən qərarlar haqda yenə də ilk növbədə İsa Qəmbər danışmalıdır. Düz və səhvliyindən asılı olmayaraq, İsa Qəmbər həmin vaxt bir çox qərarlar verib. Xalqın beynindən “Isa Qəmbər bizi meydanda tək qoydu” fikrini çıxarmaq üçün mütləq bu addım atılmalıdır”.

YANACAĞIN QİYMƏTİ QALXACAQ, AMMA...

“Bizim Yol” qəzeti aprelin 1-dən Azərbaycanda Avro-4 standartının tətbiqi başlanmasından başlanacaq. İqtisadçı ekspert Natiq Cəfərli qəzetə deyib ki, Azərbaycanda Avro-4 standartlarına uyğun benzin istehsal olunacağına çox az inam var.

Arxiv foto

Arxiv foto

Çünki Azərbaycan Neftayırma Zavodunun o standartlara uyğun qurğularının olması haqqında heç bir məlumat yoxdur. İqtisadçını narahat edən məsələ Azərbaycanda neftin hasilatı düşdükcə dünya bazarında neftin qiymətinin getdikcə aşağı enməsi prosesinin getməsidir:

"İl ərzində bu davamlı olacaq. Azərbaycanda büdcədə ciddi problem olacaq. Dekabrda benzinin qiymətinin qalxması da büdcədə yaranan problemlərlə bağlı idi. Ona görə də qiymət artımı ilə həll etməyə çalışırdılar. Tarif Şurası benzinin qiymətini qaldırdı. İkinci dəfə Tarif Şurasının benzinin qiymətini səbəbsiz yerə qaldırması camaatda ciddi narahatlıq və narazılıq yaradacaq.

Benzinin maya dəyəri artarsa, Azərbaycan iqtisadiyyatı üçün ciddi problemlər yaranacaq. İnfilyasiya artacaq, qiymət artımı kəsin surətdə müşahidə olunacaq. İnfilyasiya iki rəqəmli olacaq, insanların real gəlirləri azalacaq, yoxsulluq artacaq. Bunlar hamısı bir-biri ilə bağlı olan problemlərdir".

HEYDƏR ƏLİYEV FONDUNUN MACARISTAN LAYİHƏSİ

“Azərtac” xəbər verir ki, yanvarın 16-da Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün Laslo Battiani adına Roma Katolik Mərkəzində reabilitasiya kursu keçmiş 18 yaşdan yuxarı oğlanlar və qızlar üçün yeni beşmərtəbəli yataqxana korpusunun təntənəli təməlqoyma mərasimi keçirilib. Bu xeyriyyə layihəsi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.

Mərkəz 1982-ci ildə Macarıstan katolik kilsəsi tərəfindən yaradılıb. “Heydər Əliyev Fondu çoxillik xeyriyyə missiyasını davam etdirərək mərkəz üçün yeni korpus tikilməsi təşəbbüsü ilə çıxış edib.

Tikinti başa çatdırılandan sonra həmin korpus mövcud binalar kompleksi ilə birləşdiriləcək. 30 çarpayılıq beşmərtəbəli yataqxana korpusunun ümumi sahəsi 1385,26 kvadratmetr olacaq. Layihəyə əsasən, binada dərs, istirahət və yataq otaqları, mətbəx və lift nəzərdə tutulub”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG