Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:01

“Yaşıl marketlər” yaradılacaq


Prezident İlham Əliyev “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamda Kənd Təsərrüfatı Nazirliyinə (KTN) tapşırılır ki, “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsini üç ay müddətində hazırlasın.

KTN Səhiyyə Nazirliyi ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə cavab verməyən yerlərdə ət kəsiminin qarşısının alınmasını təmin etməlidir.

KTN yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərinin rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış “fermer mağazaları” və “yaşıl marketlər” şəbəkəsinin yaradılmasının dəstəklənməsinə dair təkliflərini bir ay müddətində hazırlamalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG