Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:33

İctimai iştirakçılıq qanununun tətbiqi barədə fərman imzalandı


-
Dövlət başçısı İlham Əliyev bu il iyun ayının 1-dən qüvvəyə minəcək “İctimai iştirakçılıq haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi, fəaliyyətinə ictimai nəzarət ediləcək mərkəzi icra hakimiyyəti orqanları barədə təkliflər hazırlayıb prezidentə təqdim etməlidir.

Nazirlər Kabineti ictimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnaməni də müəyyənləşdirməlidir.

İctimai iştirakçılığın məqsədləri vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi; mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi; mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili; mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması; dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması; əsas insan və vətəndaş hüquqlarının müdafiəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG