Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:03

İnsan haqlarını pozanlara ABŞ-a getmək qadağan oluna bilər


Foto (Arxiv)
Foto (Arxiv)
Hər ikisi ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü olan senatorlar Ben Cardin (demokrat) və John McCain (respublikaçı) Qlobal İnsan Haqları Cavabdehliyi barədə qanun layihəsi təklif ediblər.

Bu qanuna görə dünyanın hər hansı yerində insan haqlarını pozanların Birləşmiş Ştatlara daxil olması və Amerikanın maliyyə təsisatlarından istifadə etməsi qadağan olunacaq.

Beləliklə, yeni qanun, “Sergey Magnitsky Cavabdehliyi” barədə qanunun qlobal miqyasda tətbiqinə imkan verəcək.

Bu barədə müddəa artıq 2012-ci ildə Senatın Xarici Əlaqələr və Maliyyə komitələrinin qəbul etmiş olduğu qanun layihəsində yer almışdı.

“Birləşmiş Ştatlar dünyanın harasında baş verməsindən asılı olmayaraq korrupsiyaya və insan haqları pozuntularına qarşı mübarizənin liderliyini qoruyub saxlamalıdır, - deyib senator Cardin.

Senator bildirib ki, yeni qanun ABŞ-ın maliyyə təsisatlarını çirkli pulları yuyaraq qazanmaq istəyənlərdən qoruyacaq.

“Bu, Zimbabvedən Ukraynaya, Hondurasdan Papua Yeni Qvineyayadək insan haqlarını kobud şəkildə pozanlara və hətta öz ölkələrində hərəkətlərinə görə hesabat verməyənlərə xəbərdarlıq olacaq ki, onlar məsuliyyətdən qaça bilməyəcəklər” – deyib senator Cardin.
XS
SM
MD
LG