Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:40

27 Nobel mükafatçısı Putinə açıq məktub yazdı


Fransa - "Putin maskası" geymiş etirazçılar öpüşür. Parisdə Rusiya səfirliyi qarşısında aksiya, 8 sentyabr, 2013

Fransa - "Putin maskası" geymiş etirazçılar öpüşür. Parisdə Rusiya səfirliyi qarşısında aksiya, 8 sentyabr, 2013

-

27 Nobel mükafatçısı Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazaraq onu “homoseksuallara qarşı yönələn” qanunu ləğv eləməyə çağırıblar.

Onlar arasında yazıçılar Herta Müller və John Coetzee də var.

Rəsmən həmin qanun “homoseksuallığın təbliğini qadağan edir”, bunda məqsədin “uşaqları qorumaq olduğu” deyilir.

Amma hüquq müdafiəçiləri qanunun, əslində homoseksualların hüquqlarının məhdudlaşdırılmasına xidmət etdiyini bildirirlər.

Açıq məktubda deyilir:

“Etiraz heç zaman asan olmur. Amma biz ümid edirik ki, yeni qanunla razılaşmamağımızı bildirməklə Rusiya dövlətini vaxtilə Mixail Qorbaçovun həyata keçirdiyi demokratik prinsiplərin 21-ci əsrdə qorunmasına həvəsləndirmiş olacağıq”.

“Homoseksuallığın təbliğinin qadağan edilməsi” haqda qanun beynəlxalq aləmdə böyük narazılıq yaradıb.

Bəzi siyasi və ictimai xadimlər fevralda Soçidə keçiriləcək qış olimpiya oyunlarını həmin qanuna görə boykot etməyə çağırıblar.

Almaniya - Putin "homoseksualların bayrağını" yelləyir. Rusiyada qəbul edilmiş qalmaqallı qanuna etiraz aksiyası, 18 dekabr 2013

Almaniya - Putin "homoseksualların bayrağını" yelləyir. Rusiyada qəbul edilmiş qalmaqallı qanuna etiraz aksiyası, 18 dekabr 2013

Şərhləri göstər

XS
SM
MD
LG