Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:21

«Oscar»a namizədlər elan edildi


ABŞ - Amerikalı aktrisa Sandra Bullock "Oscar" mükafatına layiq görülür, 7 mart 2010

ABŞ - Amerikalı aktrisa Sandra Bullock "Oscar" mükafatına layiq görülür, 7 mart 2010

-

Bu ilki “Oscar” mükafatına namizədlər elan edilib. Gərgin mübarizə gözlənir.

"American Hustle" (Amerikasayağı fırıldaq) və "Gravity" (Ağırlıq qüvvəsi) filmlərinin hər biri 10 nominasiyada mükafata namizəddir.

"12 Years a Slave" filmi 9, "Captain Phillips" və "Dallas Buyers Club" filmlərinin isə hər biri 6 nominasiyada mübarizə aparacaq.

“Ən yaxşı film”nominasiyası (linkləri sıxmaqla treylerləri izlə)

American Hustle

1970-ci illərin "məşhur" fırıldaqçılarından olan İrvinq Rozenfelddən bəhs edir.

O, məşhur rəsm əsərlərinin surətini çıxarıb zəngin müştərilərə sırımaqla məşğuldur. Çətin günlərində ona Federal Təhqiqat Bürosu tərəfindən əməkdaşlıq təklif edilir. O, FTB-yə siyasətçi və mafiya boslarının qaranlıq aləminə nüfuz edib onların qara əməllərini ifşa etməkdə köməklik göstərməlidir.

Captain Phillips
ABŞ - Rejissor David O. Russell və aktrisa Amy Adams "American Hustle" filminə görə artıq "Golden Globe" mükafatı alıblar, Kaliforniya, 12 yanvar 2014

ABŞ - Rejissor David O. Russell və aktrisa Amy Adams "American Hustle" filminə görə artıq "Golden Globe" mükafatı alıblar, Kaliforniya, 12 yanvar 2014


Filmdə hadisələr 2009-cu ildə cərəyan edir. Kapitan Fillips yük gəmisini Somali dəniz quldurlarının fəal olduğu sulardan keçirməlidir...

Quldurlar çətinliklə də olsa gəmiyə dırmaşıb kapitanı girov götürürlər...

Dallas Buyers Club

Texaslı Ron Vudruf bədbəxt hadisədən sonra xəstəxanaya düşür. Orada ona "SPİD" diaqnozu qoyurlar. Bütün dostları ondan üz çevirir. Vudruf düşdüyü vəziyyətlə barışmır...

Gravity

Amerikalı astronavtlar açıq kosmosda teleskopu təmir edərkən qıza baş verir. Onların hava gəmisi kosmik zibillə toqquşur. Onların Yerə qayıtması daha mümkün deyil. Nə etməli?

Her

Film tənha bir yazıçı haqdadır. O, süni intellektə malik əməliyyat sisteminə vurulur...

Nebraska

"Gravity" filmi də artıq "Golden globe" qazanıb. Filmin rejissoru Alfonso Cuaron, Kaliforniya, 12 yanvar 2014

"Gravity" filmi də artıq "Golden globe" qazanıb. Filmin rejissoru Alfonso Cuaron, Kaliforniya, 12 yanvar 2014

Ağ-qara tragikomediyadır.

74 yaşlı əyyaş Vudi lotereyada 1 milyon dollar udması haqda məktub alır. Oğlu Devid bunun fırıldaqçı şirkətdən gəldiyini anlasa da, atası mükafatı götürmək üçün Linkolna getmələrində israr edir. Atasına yazığı gələn Devid onun dediyini eləyir. Yolda onlar Vudinin çoxlu dostları və qohumları ilə rastlaşırlar. Vudi lotereyada 1 milyon dollar udduğunu deyəndən sonra onlar pullarını istəməyə başlayırlar. Vudinin vaxtilə aldığı borcları...


Philomena

Yeniyetmə qız Filomena bir kişidən uşağa qalır. Uşağı doğandan sonra onu "düşkün qadın" kimi monastıra göndərirlər. Oğlunu isə bir amerikan ailəsi övladlığa götürür. Monastırda Filomenanı o qədər aşağılayırlar ki, qaçmalı olur. Və oğlunu axtarmağa başlayır.....

12 Years a Slave

ABŞ- Britaniya rejissoru Steve McQueen "12 Years a Slave" filminə görə "Golden Globe" mükafatı ilə, Kaliforniya, 12 yanvar, 2014

ABŞ- Britaniya rejissoru Steve McQueen "12 Years a Slave" filminə görə "Golden Globe" mükafatı ilə, Kaliforniya, 12 yanvar, 2014

1841-ci il. Azad insan olan qaradərili Solomon Nortalı doğma şəhəri Saratoqa Sprinqsdən (Nyu-York ştatı) oğurlayırlar.

O özünə gələndə qaranlıq bir otağa atıldığını, bədəninə narkotik maddə vurulduğunu və tezliklə qul kimi satılacağını anlayır...

The Wolf of Wall Street

Leonardo DiCaprio-nun oynadığı dələduz Jordan Belfort gənc olmasına baxmayaraq fırıldaq yolu ilə o qədər pul qazanır ki, özü demiş, bilmir nəyə xərcləsin.

İnsanların etibarından sui-istifadə edib, onlara böyük dividendlər vəd edib pullarını alırsan, "fırladırsan" və... həmin pullar olur sənin... Özü də bundan kimsənin xəbəri olmur... (Ətraflı burda)

“Baş rolda çəkilmiş ən yaxşı aktyor” nominasiyası

Christian Bale, American Hustle

Bruce Dern, Nebraska

Leonardo DiCaprio "The Wolf of Wall Street" filmində

Leonardo DiCaprio "The Wolf of Wall Street" filmində

Leonardo DiCaprio, The Wolf of Wall Street

Chiwetel Ejiofor, 12 Years a Slave

Matthew McConaughey, Dallas Buyers Club

“Baş rolda çəkilmiş ən yaxşı aktrisa” nominasiyası

Amy Adams, American Hustle

Cate Blanchett, Blue Jasmine

Sandra Bullock, Gravity

Judy Dench, Philomena

Meryl Streep, August: Osage County

Amerika Kino Akademiyasının mükafatı olan “Oscar”ın qalibləri martın 2-də elan olunacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG