Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:43

Həbsdə olan Anar Məmmədli ailəsi ilə görüşə bilmir


Anar Məmmədli
Anar Məmmədli
Bakı İstintaq Təcridxanasında saxlanan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hələ də ailə üzvləri ilə görüşə bilmir.

Bunu “Media forum” saytına yanvarın 16-da Anar Məmmədli ilə görüşən vəkil Fariz Namazov deyib.O bildirib ki, Anar ailəsi ilə görüşmək üçün təcridxana rəhbərliyinə müraciət etsə də iki həftədən çoxdur ki, müraciətinə reaksiya vermir.

Vəkil həmçinin qeyd edib ki, Anar Məmmədli “Yeni Müsavat”, “Azadlıq” və “Bizim yol” qəzetlərinə abunə yazılsa da hələlik yalnız “Azadlıq” qəzetini ala bilir.

Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və vergidən yayınmaqda ittiham olunur. O ittihamları rədd edir, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.
XS
SM
MD
LG