Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:10

Dünya şöhrətli alim Bakıdadır


Georq Xazai
Georq Xazai
-
Dünyaşöhrətli macar türkoloqu, Macarıstan EA-nın həqiqi üzvü, Şərq və Asiya Tədqiqatları Beynəlxalq Cəmiyyətinin prezidenti, professor Georq Xazai şərqşünasların növbəti 39-cu Beynəlxalq Konqresinin Bakıda təşkili ilə bağlı müzakirələr aparmaq üçün Azərbaycanda səfərdədir.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, bu nüfuzlu beynəlxalq elmi təşkilat 1873-cü ildən fəaliyyət göstərir.

Onun sonuncu, 38-ci konqresi Türkiyə Cümhuriyyəti prezidenti Abdulla Gülün himayəsi və Atatürk mərkəzinin təşkilatçılığı ilə 2007-ci ildə Ankarada keçirilib.
Bakıda olduğu müddət ərzində akademik Xazai Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi ilə müzakirələr aparacaq, Nizami adına Ədəbiyyat İnstitutunun yaranmasının 80 illik yubileyində iştirak edəcək, ölkədə humanitar elmlərin inkişaf perspektivləri ilə tanış olacaq.

Səfər zamanı dünya şərqşünaslarının mötəbər elmi forumunun (sonuncu Ankara konqresində dünyanın 100-ə yaxın ölkəsindən gəlmiş 1500 nəfərə yaxın qonaq iştirak etmişdi) keçirilməsi ilə bağlı təşkilat komitəsinin formalaşdırılması, konqresin yerinin və vaxtının müəyyən edilməsi nəzərdə tutulur.

Xəbərdə deyilir ki, Bakıya yola düşməzdən əvvəl Azərbaycan Respublikasının Budapeştdəki səfiri Vilayət Quliyevlə görüşən akademik Xazai Azərbaycan alimlərinin dünya şərqşünaslıq elminə böyük töhfə verdiklərini, əsrlər boyu Şərqlə Qərb arasında mədəni körpü rolunu oynayan Azərbaycanın belə bir beynəlxalq tədbirə ev sahibliyi etmək üçün çoxdan mənəvi haqq qazandığını diqqətə çatdırıb.

Akademik Georq Xazai yarım əsrə yaxındır ki, Azərbaycan alimləri ilə sıx əməkdaşlıq edir.

2011-ci ildə o, şəxsi kitabxanasında saxlanan 1000 nüsxədən çox kitabı və bir sıra arxiv materiallarını Azərbaycan MEA-nın Əsaslı kitabxanasına, 2012-ci ildə 300 nüsxə kitabı Naxçıvan Dövlət Universitetinə hədiyyə edib.

Ötən ilin sonlarında Bakıda Azərbaycan MEA Əsaslı kitabxanası tərəfindən Xazai fondunun biblioqrafiyası hazırlanaraq nəşr edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG