Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:53

Milli Şuranın sessiyası keçirilir


-
«Milli Şuranın 98 üzvündən 8-i xaricdə, 6-sı həbsdədir».

Bunu yanvarın 16-da Milli Şuranın AXCP qərargahında keçirilən sessiyasında Şura sədri Cəmil Həsənli deyib.

Sessiyada Şura üzvlərinin üçdə ikisinin iştirak etdiyini vurğulayan sədr ötən sessiyalarla müqayisədə bu dəfə fəallığın yüksək olduğunu deyib.

Bundan sonra gündəlikdə olan məsələlərlə bağlı müzakirələr aparılıb.

Şura üzvü Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun qurumun fəxri sədrliyindən istefa barədə müraciətinə baxılmasını və onun fəxri sədrlikdə qalmasını təklif edib.

E. Quliyev «müxalifət daxilində güclənən qovğaların dayandırılması» ilə bağlı da çağırış qəbul olunmasını təklif edib.

Mehriban Vəzir Rüstəm İbrahimbəyovun məsələsinin gündəliyə salınmasına etiraz edib. O, geriyə qayıtmağa ehtiyac olmadığını, yola qaldıqları yerdən davam etməyin lazım olduğunu deyib.

Cəmil Həsənli İbrahimbəyov fəxri sədrlikdən getməsi ilə bağlı müraciətini Müsavatın Milli Şurada yaratdığı gərginliyə görə yaydığını vurğulayıb. O, bu barədə hər hansı qərar verməyin Milli Şuranın səlahiyyətində olduğunu qeyd edib.

Sessiya davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG