Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:47

Azərbaycanda ailə quran kimsəsiz gənclərə ev veriləcək


Azərbaycanda uşaq evindən sonra ailə quran kimsəsiz gənclər evlə təmin olunacaq.Milli Məclisdən verilən məlumata görə, bununla bağlı qanuna düzəlişlər hazırlanır.

Yeni layihədə ailə quran kimsəsiz gənclərə ölkənin müvafiq şəhərlərində yeni tikilən binalardan mənzil veriləcək.Bununla bağlı dövlət tərəfindən xüsusi güzəştlər ayrılacaq və tikintiylə məşğul olan sahibkarın üzərinə müəyyən məsuliyyət qoyulacaq.

Layihənin bu il Milli Məclisdə müzakirəyə çıxarılması planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG