Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:23

Arzu Əliyeva Çexiyadaki şirkətini Azərbaycan məmuruna satır


Arzu Əliyeva Çex respublikasındakı şirkətini Vergilər nazirinin müşaviri Mahir Rəfiyevə satıb.

Arzu Əliyeva Çex respublikasındakı şirkətini Vergilər nazirinin müşaviri Mahir Rəfiyevə satıb.

Azərbaycan prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva Çexiyadakı şirkətini 2013-cü ilin avqustunda satıb. Çex Respublikası Ədliyyə Nazirliyinin reyestrinə təqdim olunmuş sənədlərdən məlum olur ki, ZODIAC Immobilienbesitz s.r.o. şirkətinin yeni alıcısı 51 yaşlı Mahir Rəfiyevdir. (Satış müqaviləsini burada bax.)

2012-ci ildə AzadlıqRadiosu və OCCRP-nin birgə araşdırması Arzu Əliyevanın həmin şirkətə sahibliyini üzə çıxarmışdı.

Araşdırma zamanı Çexiyanın torpaq kadastrına istinadən bu firmanın Karlovı Varının dəbdəbəli qonşuluğunda 1 milyon avroluq villaya sahib olduğu da üzə çıxmışdı.

Arzu Əliyeva həmin şirkəti Çexiya mülkləri barədə araşdırma dərc olunandan sonra – 2013-cü ilin avqustunda satıb.
Arzu Əliyevanın öz şirkətini Mahir Rəfiyevə satmasına dair müqavilənin imzalar hissənin fotosu.

Arzu Əliyevanın öz şirkətini Mahir Rəfiyevə satmasına dair müqavilənin imzalar hissənin fotosu.


Çexiya Ədliyyə Nazirliyinin saytındakı sənədlərdən o da məlum olur ki, şirkətin alqı-satqısı Arzu Əliyevanın etibarnaməsi əsasında (Etibarnamənin surətini burada bax.) fəaliyyət göstərən vəkili tərəfindən həyata keçirilib. Mahir Rəfiyev şirkəti 1 200 000 Avroya (bir milyon iki yüz min avro) alıb.

MAHİR RƏFİYEV KİMDİR?

1963-cü ildə Neftçala rayonunda doğulmuş Mahir Rəfiyevin adı Azərbaycanda bir neçə rəsmi sənəddə keçir. Vergilər nazirinin müşaviri vəzifəsini tutan Mahir Rəfiyev prezident sərəncamları ilə 2010-cu ildə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə, 2012-ci ildə isə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsinə layiq görülüb.

Mahir Rəfiyev həm də prezidentin övladlarının Panamadakı şirkətlər və Ata Holdinq vasitəsilə ortaq olduğu Ata Bankda 8 %-lik paya sahibdir. (Mənbə: AtaBank 2012-ci il emissiya prospekti.)


Vergilər Nazirliyinin saytında yayılan tərcümeyi-halından:

Mahir Rəfiyevin dövlət strukturlarında və biznesdəki karyerası haqda öyrənirik ki, o, 1994-cü ildə böyük biznesə qədəm basana qədər "Azərittifaq"ın İdarə Heyətinin sədri, sonra isə Neftçala rayonu İcra Hakimiyyətinin Sosial-iqtisadı İnkişaf şöbəsində iqtisadçı kimi çalışıb.

1994-1999-cu illərdə "Atabank" KB Beynəlxalq Kredit Hesablaşma və Valyuta Əməliyyatı şöbəsinin müdiri vəzifəsində işləmiş Rəfiyev 1999-cu ildən 2006-cı ilədək bankın İdarə Heyətinin sədri, müşahidə Şurasının üzvü olub.

2006-cı ildə dövlət işinə qayıdan Rəfiyev vergilər nazirinin müşaviri, nazirliyin Beynəlxalq Münasibətlər idarəsinin rəis müavini (2008-2012) vəzifələrini tutub.

12.12.2008-ci il tarixdən etibarən, Mahir Rəfiyev yenidən Azərbaycan Respublikası vergilər nazirinin müşaviri vəzifəsində işləyir.

VERGİ NAZİRİNİN MÜŞAVİRİ BİZNESLƏ MƏŞĞUL OLA BİLƏRMİ?

Azərbaycan prezidentinin qızı Karlovı Varıda dəbdəbəli villaya sahibdir.

Azərbaycan prezidentinin qızı Karlovı Varıda dəbdəbəli villaya sahibdir.

​Azad İqtisadiyyata Yardım İctimai Birliyinin hüquqşünası Emin Abbasov vergilər nazirinin müşavirinin biznes fəaliyyəti ilə məşğul olmasının qanunazidd olduğunu deyir:

"Vergilər Nazirliyinə tabe olan müşavir xidməti bölmələrinin əsasnamələrinə görə müşavirlərin bizneslə məşğul olmaq ixtiyarları yoxdur. Həmin sənəddə qeyd edilir ki, müşavirlər "öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Vergilər Məcəlləsini və Azərbaycan Respublikasının digər qanunlarını, o cümlədən, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməni rəhbər tutmalıdır.

“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin ikinci fəslinin beşinci bəndinə görə isə "Vergi orqanlarının vəzifəli şəxslərinin sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa, üçüncü şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı bir yardım göstərməyə və bunun müqabilində haqq almağa, imtiyazlar və xidmətlər əldə etməyə, əvəzçilik qaydasında istənilən haqqı ödənilən işi görməyə (elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur".

Yuxarıda qeyd olunan məlumatlar barədə suallarımıza hələlik Mahir Rəfiyevin özündən hər hansı cavab ala bilməmişik.
Gəncə-Şəmkir kartofçuları qazanc əldə etməyə həsəd qalıblar

Gəncə-Şəmkir kartofçuları qazanc əldə etməyə həsəd qalıblar


Vergilər Nazirliyinin internet səhifəsində göstərilmiş elektron ünvanı və nazirliyin mətbuat xidmətinin elektron ünvanı vasitəsilə Mahir Rəfiyevə aşağıdakı məktubumuzu və sualları göndərmişik:

“Hörmətli cənab Mahir Rəfiyev,

Apardığımız araşdırma zamanı sizin bines fəaliyyətinizə dair sənədlər əldə etmişəm. Rəsmi və açıq mənbələrdən əldə etdiyim bu sənədlərdə sizin Çexiyada , ZODIAC Immobilienbesitz s.r.o şirkətini 1.2 milyon avroya aldığınız, Atabankda 8,12 % paya sahib olmanız göstərilir.

Siz həm də Vergilər nazirinin müşaviri vəzifəsini tutursunuz. Aşağıdakı suallarımıza cavab verməyinizi xahiş edirəm:
1. Tərcümeyi-halınızdan görürük ki, biznesə, dövlət işindən keçmisiniz. Bizneslə məşğul olmaq üçün ilkin kapitalı necə əldə etdiyiniz barədə məlumat verməyinizi xahiş edirəm.

2. Daha hansı şirkətlərə sahibsiniz?

3. Biznes fəaliyyətinizlə Vergilər Nazirliyində tutduğunuz vəzifə arasında maraq konflikti barədə nə deyə bilərsiniz?

4. Dövlət qulluqçularına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qanunvericiliklə qadağandır. Siz bizneslə məşğul olmaqla qanunu pozmuş olmursunuz ki?
Yazı dərc olunan ana qədər bu məktuba cavab almamışıq. Cənab Rəfiyevin bu suallara verəcəyi cavabları dərc etməyə hazırıq.

Şərhləri göstər

XS
SM
MD
LG