Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:10

Cinsi azlıqlar daxili işlər nazirliyinə müraciət ediblər


 Nəfəs LGBT Azərbaycan Alyansı
Nəfəs LGBT Azərbaycan Alyansı
-
Azərbaycandakı cinsi azlıqlar üzləşdikləri ayrı-seçkiliklə bağlı daxili işlər nazirliyinə müraciət ediblər.

Bu barədə yanvarın 16-da Nəfəs LGBT Azərbaycan Alyansı məlumat yayıb. Məlumatda son 10 gündə 2 nifrət cinayətinin baş verdiyi vurğulanır.

Qeyd olunur ki, onlardan biri 19 yaşlı gənc uzun müddət ailəsinin və ətrafındakı insanların diskriminasiyasına dözməyərək özünü öldürüb.

Nifrət cinayətinin qurbanı olmuş digər gəncin 17 yaşı var. Aylansın nazirliyə ünvanladığı müraciətdə bildirlir ki, qardaşının dostu tərəfindən aldadılaraq görüşə çağırılan həmin gənc 8 nəfərin zorakılığına məruz qalıb.

Həmin şəxslər hadisəni video lentə çəkərək pul istəməklə onu şantaj ediblər. İstənilən məbləği verə bilmədiyi üçün valideynlərinə onun gay olduğunu bildiriblər.

Valideynləri tərəfindən döyülən həmin gəncdən indiyə qədər heç bir xəbər yoxdur.

Məlumatda 2013-cü ilin dekabrında Alyans rəhbəri Cavid (Atilla) Nəbiyev dəfələrlə Sumqayıt şəhər polis idarəsinə müraciət edərək, təhlükəsizliyinin təmin edilməsi və təhdid edənlər barədə araşdırma aparılmasını xahiş etsə də, bunun müsbət nəticəsi olmayıb.

Alyans hesab edir ki, hüquq mühafizə orqanlarının bu işə laqeyd yanaşması hüquq-mühafizə orqanlarına etibarın azalmasına gətirib çıxarır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG