Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:07
-
Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C. Puccini-nin əsərlərindən olan “İl Tabarro” (“Plaş”) operasının premyerası olacaq.

Teatrın mətbuat xidmətindən bildiriblər ki, teatr rəhbərliyi bu səhnə əsərinə quruluş vermək üçün Almaniyanın tanınmış opera sənəti ustalarını – quruluşçu rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrofku dəvət edib.

Mətbuat xidmətinin fikrincə, Azərbaycanda ilk dəfə səhnəyə qoyulacaq “İl Tabarro” tamaşası operasevərlərin çox böyük marağına səbəb olacaq.

Tamaşada teatrın aparıcı solistlərindən əməkdar artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova, eləcə də gənc vokalçılar Afaq Abbasova, Fərid Əliyev, Tural Ağasıyev və başqaları çıxış edəcəklər.

Tamaşanın konsertmeysteri Vəfa Əzizovadır.

“İl Tabarro” nun ilk tamaşası 1918-ci ildə Nyu-Yorkda Metropoliten-Operanın səhnəsində baş tutub və çox böyük uğur qazanıb.

Həmin vaxtdan “İl Tabarro” dünyanın qabaqcıl opera teatrlarının repertuarında möhkəm yer tutur və tamaşaçılar tərəfindən böyük marağa səbəb olur.

Əsər son dərəcə gözəl musiqi və kəskin dramatik süjet xətti ilə fərqlənir.

Xatırladaq ki, bu, dirijor Korneliya fon Kerssenbrofkun Azərbaycan teatrı ilə ilk əməkdaşlığı deyil.

Xanım Kerssenbrofk əvvəllər də bəzi teatr layihələrində iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG