Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Naxçıvanın Bakıdakı nümayəndəsi: “Prezidentin hər şeydən xəbəri var...”


arxiv foto

arxiv foto

-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Həsən Hacıyev dövlət qulluğundakı fəaliyyətinə görə mükafatlandırılıb. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov onu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edib. Həsən Hacıyevin AzadlıqRadiosuna qısa müsahibəsini təqdim edirik:

- Blokada şəraitində olan Naxçıvanın vəziyyətinin yüngülləşdirilməsi üçün hansı addımların atılmasına çalışırsınız?

- Birinci, cənab prezidentdən başlayır bu məsələ. Hamı, Naxçıvanın Ali Məclisi də, daimi nümayəndəlik də, bütün naxçıvanlılar da, azərbaycanlılar da bu işlə məşğuldurlar. Hər gün prezident çıxış edir bu haqda. Bilmirsiniz? Siyasi məsələ də göz qabağındadır. Ermənistanla münasibətin nə cür olduğunu bilirsiniz. Hələlik vəziyyət belədir.

- Prezidentin hər problemdən xəbəri olmaya bilər. Siz həmin problemləri hansı şəkildə onun diqqətinə çatdıra bilirsiniz?

- Necə bilmir? Siz haradan bilirsiniz ki, prezidentin xəbəri olur, ya olmur? Prezidentin hər şeydən xəbəri vardır. Niyə yoxdur ki?

- Qeyd etdiniz ki, Naxçıvanda blokadadan doğan problemlər aradan qaldırılır. Daha hansı problemlər var Naxçıvanda?

- Hansı problem? Blokada bəs nədir? Blokada çox şeyə təsir edir. Bu qədər...

Şərhləri göstər

XS
SM
MD
LG