Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:20

Dini komitə: “Qarşılıqlı ittihamlara hüquqi qiymət verilməlidir”


arxiv foto
arxiv foto
-
Dini Qurumlarla iş üzrə dövlət komitəsi son günlər özlərini “sələfi” adlandıran dini qrupların bir sıra nümayəndələri arasındakı qarşılıqlı ittihamlarla bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı açıqlama yayıb.

Komitənin yanvarın 16-da yaydığı açıqlamada deyilir ki, “fətva” xarakterli ittihamlar və sözügedən qruplaşmaların digər hərəkətləri ölkədəki tolerantlıq mühitinə zidd olması, insan hüquqlarının pozulması, cəmiyyətdə çaşqınlıq yaradılması və şəri məsələlərlə bağlı fətva vermək səlahiyyətlərinin mənimsənilməsi ilə müşahidə olunur.

Açıqlamada vurğulanır ki, sözügedən gərginliyin hansı zəmində yaranmasından asılı olmayaraq bu ölkədəki mövcud dini duruma və respublikanın beynəlxalq imicinə mənfi təsir göstərməkdədir.

Dini komitə, qarşılıqlı ittihamların kifayət qədər ciddi olduğu və hüquqi qiymət verilməsinə zərurət yarandığını diqqətə çatdırır.

Qeyd olunur ki, həmin materiallarda dini zəmində nifrət və ədavətin yayılmasına zəmin, Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki hərbi münaqişələrə cəlb edilməsinə çağırış olmasını müəyyənləşdirmək üçün bütün zəruri addımlar atılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG