Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:21

Əksər misirlilər yeni konstitusiyaya səs veriblər


-
İkigünlük referendumda misirlilərin 95 faizə qədəri yeni konstitusiyaya səs veriblər.

Reuters agentliyinin yazdığına görə, Misirdəki rəsmi mənbələr referendumda seçici fəallığının 55 faizdən çox olduğunu bildiriblər.

Referendumun birinci günü 9 nəfərin ölümü ilə nəticələnən hadisə baş versə də səsvermənin ikinci günü sakit şəraitdə keçib.

Ötən ilin iyulunda hakimiyyətdən devirilmiş islamçı-prezident Muhammad Mursinin üzv olduğu “müsəlman qardaşları” təşkilatı referendumu boykot edib.

Keçmiş konstitusiya islamçıların maraqlarına uyğun olduğundan bu ölkə vətəndaşlarının çoxunda narazılıq yaradıb.

Reuters-in məlumatına görə, yeni konstitusiya insan hüquqlarına təminat üzərində hazırlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG