Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:21

Qarabağ əlilləri baş nazirin müavini ilə görüşüb


-
Bir neçə gün əvvəl sosial problemlərinin həlli ilə bağlı prezidentə təkliflər göndərən Qarabağ əlillərini baş nazirin müavini Əli Əhmədov qəbul edib.

Görüş barədə “Media forum” saytına “Qarabağ Qaziləri” Birliyinin sözçüsü Rey Kərimoğlu məlumat verib. Görüş yanvarın 15-i baş tutub.

Rey Kərimoğlunun sözlərinə görə, Əli Əhmədov problemlərin həlli istiqamətində imkan daxilində bütün zəruri addımlar atılacağını deyib.
Yanvarın 11-də Qarabağ müharibəsi veteranları sosial problemlərinin həlli ilə bağlı prezidentə 5 bəndlik təklif göndəriblər.

Həmin təkliflər pensiya təminatının yaxşılaşdırlması, komunal güzəştlər verilməsi, tibbi sığortanın tətbiqi, əlil övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsi və irəli sürülən təkliflərin effektli həlli üçün komissiyanın yaradılması ilə bağlıdır.

Belə bir təklifin hazırlanması Qarabağ veteranı, 2-ci qrup əlil Zaur Həsənovun dekabrın 25-də özünə qəsd etməsindən sonra gündəmə gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG