Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:11

Şahbaz Xuduoğlunun Dovlatovdan tərcüməsi


-

Tanınmış rus yazıçısı Sergey Dovlatovun “Əcnəbi qadın” romanı qeyri-adi yumorla yazılıb.

"Qanun" nəşriyyatının Azərbaycan dilinə çevirib çap etdiyi əsərin qəhrəmanı Marusya Sovet ittifaqında, Kommunist Partiyasına sadiq bir ailədə doğulub. Təminatlı həyat onu sıxır. Sadəlövhlük onun yolunu Avropaya, oradan isə Nyu-Yorka aparıb çıxarır.

Əsərdə Marusyanın timsalında mühacirlərin həyatı təsvir olunur.

“Əcnəbi qadın” əsərində bir cümlədə eyni hərflə başlayan iki söz yoxdur.

Tərcümə zamanı müəllifin üslubu qorunub.

Əsəri nəşriyyatın direktoru Şahbaz Xuduoğlu çevirib.

1976-cı ildə Dovlatovun bir sıra hekayələri Qərbdə, “Kontinent”, “Zaman və biz” jurnallarında çap olunub, buna görə o, SSRİ Jurnalistlər İttifaqından xaric edilib.

1978-ci ildə Avstriyaya, sonra ABŞ-a mühacirət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG