Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:10

Azərbaycan polisi nömrə nişanlarını avtomatik oxuya bilən sistemi alır


Foto arxiv

Foto arxiv

Azərbaycan Türkiyədən polis maşınları ğüçün məsafədən bütün dövlət nömrə nişanlarını avtomatik oxuya bilən «Intelligent Patrol» sistemi alır.

Sistemi hazırlayan Türkiyənin «Ekin Technology» şirkətinin məlumatına görə, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri yanvarın 9-da keçirilən təqdimat mərasimində sistemin ilk müştəriləri olub.

Polis «Intelligent Patrol» sistemi ilə maşınların hərəkətdə olduğu halda belə oğurlanmış, axtarışda olan və ya saxta dövlət nömrə nişanlı nəqliyyat vasitələrini tapa biləcək.

Bundan başqa, sistem nəqliyyat vasitələrinin sürətini də qeyd edə bilir.Bu kameralar vasitəsilə mərkəzdən də bütün prosesi müşahidə etmək mümkündür. Sistemdə üz tanıma və havanın çirklənməsini ölçə bilən sensorlar da var.

Qeyd edək ki, Türkiyənin «Ekin Technology» şirkəti Bakı Metropolitenində nəzarət sistemini qurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG