Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:11

Özünə xəsarət yetirmiş əsgərlər barədə rəsmi məlumat yayıldı


-
Müdafiə Nazirliyinin mətbuat xidməti yanvarın 12-də özlərinə xəsarət yetirmiş əsgərlər barəsində məlumat yayıb.

Özünə xəsarət yetirmiş əsgərlər Rəvan ƏlizadəNicat Nəcəfovdur. Hər iki əsgər 1995-ci il təvəllüdlüdür. Hər ikisi 2014-cü ilin yanvar ayında hərbi xidmətə yollanıb.
Rəvan Əlizadə Lənkərandan, Nicat Nəcəfov Bakının Nizami rayonundan əsgərliyə çağırılıb. Onlar Gəncədəki hərbi hissədə özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər (sol saidin kəsilmiş yaraları diaqnozu).

Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, əsgərlərə tibb məntəqəsində ilkin yardım göstərilib. Yanvarın 13-də onlar Bakıya gətirilərək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının psixiatriya bölməsinə yerləşdiriliblər:

«Əsgərlərin vəziyyəti kafidir. Müalicə bitdikdən sonra xəstəlik epikrizi çıxarılacaq. Respublika baş psixiatrının rəyi alındıqdan sonra hər iki əsgərin Silahlı Qüvvələrin sıralarında xidmətlərini davam etmələri məsələsi həll ediləcək».

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Faktla əlaqədar Hərbi Prokurorluq araşdırma aparır.
XS
SM
MD
LG