Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:15
-
Hüseyn Cavidin Ev Muzeyi 2014-cü ildə Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin 95 illik yubileyini qeyd etməyə hazırlaşır.

Muzeyin saytının yaydığı xəbərə görə, bu münasibətlə muzey ilboyu bir sıra silsilə tədbirlər həyata keçirməyi nəzərdə tutur.

Ərtoğrol Cavidin şəxsi arxivində saxlanan materiallar əsasında «Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid» çoxcildliyinin 11-ci və 12-ci cildinin nəşr edilməsi planlaşdırılır.

Çoxcildliyin 11-ci cildi «Azərbaycan el mahnıları (nota köçürülmüş variant) və Ərtoğrol Cavidin çap olunmamış musiqi əsərləri» və 12-ci cildi «Balaban məktəbi» adlanır.
Yubiley münasibətilə muzeydə «Cavidlər ailəsinin ensiklopedik zəkası - Ərtoğrol Cavid» adlı elmi sessiya keçiriləcək və Ə.Cavidin həyat və yaradıcılıq yolunu əks etdirən sərgi açılacaq.

Ərtoğrol Cavid 1919-cu ildə Bakıda doğulub.

Azərbaycan Pedaqoji İnstitutunu bitirib.

Dövlət Konservatoriyasında oxuyub.

Prof. Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışıb, musiqi folkloru nümunələrinin toplamasında iştirak edib, konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib.

Azərbaycan xalq mahnılarını nota salıb, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəkilində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə edib.

Şeirləri, pyesi və rəsmləri qalıb.

1942-ci ildə tələbə ikən ordu sıralarına çağırılıb, «Xalq düşməni»nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilib.
1943-cü il noyabrın 14-də cəmi 24 yaşında Naxçıvanda vərəmdən vəfat edib.
Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG