Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:43

Daha 2 gənc fəal azadlığa çıxıb


Ötən il dekabrın 29-da Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında iştiraka görə həbs edilən gənclərdən daha ikisi yanvarın 15-də azadlığa çıxıb. Onlar AXCP üzvü Orxan Carçı və Müsavat Partiyasının üzvü Cavid Hacıbəylidir.

Həmçinin bundan əvvəl , yanvarın 13-14-də həmin aksiyaya görə həbs edilənlərdən ikisi azadlığa çıxıb.

Gənc fəal Orxan Eyyubzadə isə yanvarın 16-da azadlığa buraxılacaq.

Xatırladaq ki, ötən il dekabrın 29-da Fəvvarələr meydanında Qarabağ müharibəsi əlili Zaur Həsənovu intihara vadar edənlərin cəzalandırılması tələbi ilə etiraz aksiyası keçirilmişdi.
XS
SM
MD
LG